Maştağa sakini 4 kiloqram narkotiklə tutuldu


01:55     17 May 2016 qhu6uHqf4xTZe0Z0rTRL.jpg

Bakı sakinindən narkotik vasitə götürülüb.



Femida.az xəbər verir ki, Bakı sakininin üzərində marixuana aşkar edilib. Ancaq bununla kifayətlənməyən Ağabala Zəkiyev narkotik vasitəni avtomobilində də saxlayırmış. Özü də nə az, nə çox 4 kq.

Zəkiyevin idarə etdiyi “BMW” markalı avtomobilə baxış keçirilən zaman nəqliyyat vasitəsinin saxlanc yerindən sellofan torbaya bükülmüş 4 kiloqram qurudulmuş marixuana, maşının salon hissəsindən 2 ədəd bıçaq, 1 ədəd taxta dəyənək və narkotik maddələrin çəkisini öyrənmək üçün istifadə olunan elektron tərəzi də aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Açar sözlər:

Oxunub: 1014