Sabah 32 dərəcə isti olacaq
16:18 17 May 2016
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, mayın 17-də paytaxt və yarımadada cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 23-28, Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti olacaq.
Sabah Azərbaycan rayonlarında gündüz hava şəraiti əsasən yağmursuz olacaq, lakin gecə və axşam əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 17-22 dərəcə isti olacaq
Femida.az
Oxunub: 833
Oxşar xəbərlər
- Sabah hava yağışlı olacaq
- Sabah hava küləkli olacaq
- Sabahın məzənnəsi
- Sabah yağış yağacaq, duman olacaq
- Sabaha olan hava proqnozu
- Sabah hava necə keçəcək? - Proqnoz
- Sabahın hava proqnozu - külək, duman..
- Sabah hava yağmursuz olacaq
- Sabahın məzənnəsi açıqlandı
- Sabah Bakıda yaz havası olacaq - PROQNOZ