Çaqqal əvəzinə qonşusunu güllələdi - UCARDA


16:35     17 May 2016 1460635274_7.jpg

Daxili İşlər Nazirliyi Ucarda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.



Femida.az-ın xəbərinə görə, məlumatda bildirilib ki, mayın 15-də Ucar rayonunun Yuxarı Şilyan kənd sakini Daşqın Həsənov həyətyanı sahəsinə girmiş çaqqalın istiqamətində tüfəngdən açdığı atəş nəticəsində ətrafa səpələnmiş qırmalardan qonşuları Aqil Fəzliyev və arvadı Günel xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər.

Ucar Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən D.Həsənovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Açar sözlər:

Oxunub: 1513