Qadağan edilmiş narkotik vasitələrlə bağlı DƏYİŞİKLİK


17:44     17 May 2016 ac3a40496d0b941eb7158b28020f072d.jpg

Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin siyahısında dəyişiklik edilib.


Femida.az-ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında" qanuna edilən dəyişikliklərə əsasən, properdian Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısından çıxarılıb.

AH-7921, AM-2201, 5F-AKB-48, JWH-015, JWH -018, JWH -122, JWH -210, Oripavin (3-O-dimetiltebain) və UR-144 (fenil sianid 2,4,6-triizopropil) isə respublika ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxil edilib.

Dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına isə 25B-NBOMe (2C-B-NBOMe), BZP-N-benzilpiperazin, 25C-NbomE (2C-C-QBOMe), 25İ-NBOMe (2C-İ-NBOMe), MDPV-3,4-metilendioksipirovaleron, mefedron (4-metilmetkatinon) və metilon (beta-keto-MDMA) daxil edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, son illər ticarət adları "spays" və "bonzai" kimi tanınan bir sıra narkotik vasitələrin, eləcə də psixotrop maddələrin ölkə ərazisində yayılmasına və tranzitinə cəhd göstərilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1194