Həsən Ruhani Azərbaycan-İran münasibətlərindən danışdı


03:54     18 May 2016 HasanRouhani.jpg

Azərbaycanın İran İslam Respublikasındakı səfiri Bünyad Hüseynov İran prezidenti Həsən Ruhaniyə etimadnaməsini təqdim edib.


Femida.az xəbər verir ki, prezident Ruhani görüş zamanı qeyd edib ki, bu gün İran-Azərbaycan münasibətlərinin hərtərəfli inkişafı üçün tərəflərin ciddi iradəsi var: “İki ölkə rəsmilərinin səyi ilə müştərək əməkdaşlıqda sıçrayış olmalıdır”.

H. Ruhani sanksiyaların ləğvindən sonra yaranmış imkandan hər iki ölkənin səmərəli istifadə etməsinin zəruriliyini vurğulayıb: “İki ölkə arasında çoxlu layihələr və razılaşmalar var ki, onların icrası və təkmilləşdirməsi Azərbaycan və İran arasındakı münasibətləri daha da möhkəmləndirə bilər”.

“Regiondakı problemlər, o cümlədən, terrorçuluq kimi problemlər bütün ölkələrin əməkdaşlığı ilə öz həllini tapmalıdır”, - deyə Ruhani bildirib.

Azərbaycanın Tehrandakı səfiri B. Hüseynov öz etimadnaməsini təqdim edərək bildirib ki, Azərbaycan və İran arasındakı əlaqələr həmişə möhkəm köklərə və qarşılıqlı əməkdaşlığa söykənib: “İranın dostluğu və dəstəyinə heç vaxt şübhə ilə yanaşmamışıq. Tehran və Bakı arasındakı əməkdaşlığın ikitərəfli, regional və beynəlxalq səviyyədə inkişafı, hər iki ölkənin və hər iki xalqın xeyrinədir”.

Femida.az

Açar sözlər:

Oxunub: 1121