Serj Sarkisyan 4 səfiri geri çağırdı


21:15     18 May 2016 5702a044f0dc1e23e8d08714%20(1)2.jpg

Ermənistan prezidenti Serj Sarkisyan ölkənin 4 səfirini geri çağırıb.


Femida.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Ermənistanın müqəddəs taxt-tacdakı fövqəladə və səlahiyyətli səfiri Mikael Minasyan Portuqaliyada Ermənistanın Fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Sarkisyanın digər fərmanına əsasən, Sarkis Kazaryan Ermənistanın İtaliyadakı Fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilib. Bundan başqa, Ermənistanın Xorvatiya, San-Marino, Malta və Sloveniyadakı səfirləri də vəzifələrindən azad ediliblər.

Hazırda müvafiq fərmana uyğun olaraq İtaliyaya səfir vəzifəsinə Viktoriya Baqdasaryan, Xorvatiyaya isə Arman Kirakosyan təyin olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 3664