Kanadadan gələn poçt bağlaması şoka saldı


00:16     19 May 2016 heroin%20narkotik2.jpg

Bakı Baş Gömrük İdarəsinin Poçt Göndərişlərinə Nəzarət Bölməsində Kanadadan beynəlxalq poçt göndərişləri vasitəsi ilə daxil olan poçt bağlamasına gömrük baxışı keçirilərkən kəskin qoxuya malik bitki mənşəli kütlələr aşkar edilib.


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, eyni gündə eyni şəxsin adına Böyük Britaniyadan beynəlxalq poçt göndərişləri vasitəsilə daxil olan digər bir bağlamadan isə gömrük nəzarəti zamanı toz halında maddə aşkar olunub.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert arayışına əsasən bitki mənşəli kütlələr təmiz çəkisi 56,54 qram olan qurudulmuş marixuana, toz halında maddə isə təmiz çəkisi 6,212 qram olan və Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə olan MDA-dir (tenamfetamin).

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan bağlamanı sifariş verən Azərbaycan Respublikası vətəndaşı müəyyən edilərək poçt göndərişini qəbul edən zaman saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1094