İlham Əliyev nazir müavini ilə görüşdü


18:05     19 May 2016 ilham%20aliyev.jpg

Azərbaycan prezidenti İlham Əliyev Belarus baş nazirinin müavini Mixail Rusıyı qəbul edib.


Femida.az-ın məlumatına görə, Bakıda keçirilən “Caspian Agro-2016” Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisindən danışan dövlət başçısı Belarusun bu sərgidə həmişəki kimi uğurla təmsil olunacağına, öz potensial və imkanlarını layiqli şəkildə nümayiş etdirəcəyinə əminliyini ifadə edib.

Ölkəmizdə kənd təsərrüfatının fəal inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev Belarus tərəfinin sərgidə nümayiş etdirəcəyi məhsulların Azərbaycanın müvafiq qurumlarının marağına səbəb olacağına əminliyini bildirib. Dövlət başçısı ölkəmizdə kənd təsərrüfatının fəal şəkildə inkişaf etdirilməsi planları ilə əlaqədar olaraq bu sahədə istifadə edilən texnikaya tələbatın getdikcə artacağını vurğulayıb.

Qısa zaman ərzində ölkəmizin Belarus ilə kənd təsərrüfatı sahəsində uğurlu layihə həyata keçirdiyini bildirən prezident İlham Əliyev birgə istehsal edilən məhsulların artıq ixrac olunduğunu deyib.

Ölkəsinin Azərbaycan ilə kənd təsərrüfatı sahəsində uğurlu əməkdaşlıq etdiyini bildirən M. Rusıy Bakıya səfərinin iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrinə dair məsələləri müzakirə etmək üçün yaxşı fürsət yaratdığını vurğulayıb. Ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində çox işlərin görüldüyünü deyən M. Rusıy “Caspian Agro-2016” sərgisində təkcə Belarus istehsalı olan texnikanın deyil, eləcə də Belarus-Azərbaycan birgə məhsullarının nümayiş etdirildiyini məmnunluqla qeyd edib. Belarus baş nazirinin müavini Azərbaycanın kənd təsərrüfatı sahəsində qarşıya qoyduğu məqsədlərlə yaxından tanış olduğunu deyib. M. Rusıy bildirib ki, Azərbaycan hökuməti qarşısına ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək və ixraca nail olmaq kimi çox vacib məqsədlər qoyub.

Görüşdə müxtəlif sahələrdə əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 951