“Associated Press” Qarabağla bağlı materiala düzəliş edib


19:35     19 May 2016 asossest.jpg

Azərbaycan Xarici İşlər Nazirliyinin müraciətindən sonra “Associated Press” agentliyinin Vyana bürosu Dağlıq Qarabağla bağlı materiala düzəliş edib.
Material “Düzəliş” başlığı ilə yenidən dərc olunub.


Yazıda qeyd olunub ki, mayın 17-də işıq üzü görmüş məqalədə Dağlıq Qarabağın ərazisi səhvən 12 min kv. km göstərilib, halbuki bu rəqəm 4,4 min kv. km-dir.
XİN-in müraciətində materialda agentlik tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar işlədilmiş “dispute” (mübahisə) ifadəsinin münaqişə ilə əlaqədar tətbiq olunan terminologiyaya zidd olduğu bildirilib. Materialda başlıqdan həmin ifadə də çıxarılıb.

Xatırladaq ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ərazisi 4.4 min kv. km-dir. İşğal olunmuş digər ətraf rayonların ərazisi isə 12.600 kv.km-dir. Ümumilikdə işğal olunmuş Azərbaycan ərazilərinin sahəsi 17.000 kv. km-dir, bu da Azərbaycan ərazisinin 20 faizini təşkil edir.

Femida.az

Açar sözlər:

Oxunub: 856


Oxşar xəbərlər