Ermənilər öz PUA-sını vurdu - Müdafiə Nazirliyi


00:00     20 May 2016 mudafie%20nazirliyi%20aciqlamasi1.jpg

Ermənilər növbəti dəfə səhvən öz pilotsuz uçan aparatını (PUA) vurublar.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, mayın 19-da saat 13:20 radələrində cəbhənin Ağdam istiqamətində kəşfiyyat xarakterli uçuş aparan Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" tipli PUA erməni bölmələri tərəfindən növbəti dəfə səhvən vurulub.

PUA-nın ermənilərin mövqelərinə yaxın əraziyə düşdüyü bölmələrimiz tərəfindən müşahidə olunub.

Qeyd edək ki, bu, son həftə ərzində düşmən hərbi qulluqçularının qeyri-peşəkarlığı nəticəsində səhvən vurulan ikinci "X-55" tipli PUA-dır.

Femida.az

Açar sözlər:

Oxunub: 2313