Sabah Bakıda 25 dərəcə isti olacaq


16:44     20 May 2016 hava%20isti25.jpg

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, paytaxt və yarımadada şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-15, gündüz 20-25, Bakıda gecə 13-15, gündüz 23-25 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında mayın 21-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz hava şəraiti, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi metereoloji məlumata görə, mayın 21-23-də Abşeron yarımadasında metereoloji amillərin zəif və mülayim tərəddütü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Femida.az

Açar sözlər:

Oxunub: 945