DİN-ə yeni işçilər qəbul edildi


19:50     21 May 2016 d55b02fda90224a7b25df24e3562f9e5.jpg

Daxili İşlər Nazirliyində xidmətə qəbul üzrə keçirilmiş müsabiqənin qaliblərinin orta rəis heyəti vəzifələrinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib.


Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, nazir Ramil Usubov iştirakçıları zabit rütbələrinə layiq görülmələri münasibətilə təbrik edərək təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini, son illər bu praktikadan geniş istifadə olunduğunu xatırladıb.

Baş Kadrlar İdarəsinin rəisi Rafiq Abbasov respublikanın ərazi polis orqan və hissələrində vakant olan orta rəis heyəti vəzifələrinə qəbul üzrə keçirilmiş müsabiqənin şərtlərinə əsasən, dövlət ali təhsil müəssisələrini hüquqşünaslıq ixtisası üzrə bitirmiş 183 məzunun sənədlərinin qəbul edildiyini, Müsahibə Komissiyasından keçərək müsbət nəticə əldə etmiş 113 nəfərin Nazirliyə dəvət edildiyini bildirib. Daxili işlər nazirinin müvafiq əmri ilə müsabiqənin qaliblərindən 31 nəfəri əməliyyat müvəkkili, 71-i sahə inspektoru, 5-i təhqiqatçı, 3 şəxs kadr üzrə inspektor, 3 namizəd isə qeydiyyat və şəxsiyyət vəsiqəsi inspektoru vəzifələrinə təyin ediliblər. Onlardan 6 nəfəri qadınlardır.

Daxili işlər naziri gənc zabitlərə tapşırıq və tövsiyyələrini verib. O, polis adını uca tutmalarını, bilik və təcrübələrini artırmalarını, daim öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyyə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1009