Binali Yıldırım AKP sədri seçildi


21:54     22 May 2016 306226.jpg

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) yeni sədri seçilib.


Femida.az-ın məlumatına görə, bu gün AKP-nin Ankara Arena İdman Salonunda keçirilən II fövqəladə qurultayında Binali Yıldırım 1411 qurultay nümayəndəsindən 1405 nəfərin səsini alaraq partiyanın yeni sədri seçilib.

Qeyd edək ki, B. Yıldırım qurultayda partiyanın sədr postuna yeganə namizəd olub.

Femida.az

Açar sözlər:

Oxunub: 879