Pilotlarımız dəfn edildi - Video


23:58     22 May 2016 1463929125.jpg

Əfqanıstanda baş vermiş təyyarə qəzasında həlak olan 7 nəfərdən 3-nün meyiti bu gün ailəsinə təhvil verilib.



ANS-nin məlumatına görə, Patoloji Anatomiya Birliyində keçirilmiş məhkəmə tibbi ekspertizasının nəticələrinə əsasən 3 meyitin kimliyi müəyyən edilib.

Daha iki nəfərin meyiti üzərində isə ekspertiza davam etdirilir. Şəxsiyyətləri müəyyənləşən kimi bu iki cənazənin də ailələrinə təhvil verilməsi gözlənilir.

Qəza zamanı həlak olan Firdövsi Şahverdiyevin və Azər Zülfiyevin cənazələri səhər saatlarında təhvil verilib. Onlardan biri Gəncə şəhərində, digəri isə Xızıda torpağa tapşırılıb. Bort mühəndisi Nadir Rzayevin cənazəsi isə ailəsinə təhvil verilərək yaşadığı H.Z.Tağıyev qəsəbəsinə aparılıb.


Açar sözlər:

Oxunub: 1036