Hindistanın baş naziri ilk dəfə İRANDA


00:43     23 May 2016 pic_f7593984d280f6379586e6e132b9d124.jpg

Hindistanın baş naziri Narendra Modi İranda işgüzar səfərdədir.



Femida.az -ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, N. Modi İranın ali dini lideri Əli Xamneyi və prezident Həsən Ruhani ilə görüşəcək.

Modi İranın Çabahar limanından istifadəni nəzərdə tutan İran, Hindistan və Əfqanıstan arasında tranzit koridoru ilə bağlı üçtərəfli müqavilə imzalamağı planlaşdırır.

Qeyd olunur ki, bu, Hindistan baş nazirinin hakimiyyətdə olduğu 2 il ərzində ilk dəfə İrana işgüzar səfəridir.

Açar sözlər:

Oxunub: 764