Köməksiz qalmış 3 nəfər xilas edildi


13:10     23 May 2016 lift9.jpg

Gəncənin Nizami rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar. Əməliyyat saat 03:40-da başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 832