İlham Əliyevin qatıldığı sammit başlayır - Türkiyədə
13:54 23 May 2016
Türkiyənin İstanbul şəhərində Ümumdünya Humanitar Sammiti keçirilir.
Femida.az xəbər verir ki, sammit Bakı vaxtı ilə saat 9:00-da işə başlayıb. Sammitdə dünyanın 177 ölkəsindən nümayəndə, o cümlədən 65 dövlət və hökumət başçısı iştirak edir.
Sammit BMT-ın baş katibi Pan Gi Munun təşəbbüsü və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiyası İdarəsinin təşkilatçılığı ilə keçirilir.
Pan Gi Mun və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə açılış nitqi ilə çıxış edəcəklər.
Qeyd edək ki, sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.
Sammitə Almaniya kansleri Angela Merkel, Ukrayna prezidenti Pyotr Poroşenko, Küveyt əmiri Sabah al- Əhməd əl- Caber əs-Sabah, Niderlandrın baş naziri Mark Rutte, Livanın baş naziri Tammam Salam, habelə Bolqarıstanın baş naziri, Səudiyyə Ərəbistanının xarici işlər naziri, Nigeriyanın, Qırğızıstanın, Madaqaskarın, Makedoniyanın, Çernoqoriyanın, Rusiyanın, Yəmənin və digər ölkələrin liderləri, hökumət başçıları da qatılıb.
BMT-nin Xəbərlər Mərkəzinin yaydığı məlumata görə, beynəlxalq tədbir döyüş əməliyyatlarının, erkən nikahların, icbari əmək və insan alverinin qurbanı olan “itirilmiş” uşaq nəslini xilas etmək üçün yeganə şansdır.
Beynəlxalq tədbir böhranlara və onların qarşısını almaqda hazırlığın təmin edilməsində dönüş mərhələsi olacaq və beynəlxalq birliyin insan iztirablarına son qoyulmasına yanaşma tərzini dəyişəcək.
Femida.az
Oxunub: 1318
Oxşar xəbərlər
- İlham Əliyev yol tikintisi ilə bağlı sərəncam imzaladı
- İlham Əliyev ötən il 28 rayona 31 səfər edib
- İlham Əliyev yol tikintisinə pul ayırdı
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- İlham Əliyev Raul Kastronu təbrik etdi
- İlham Əliyev Abşeronda açılışda
- İlham Əliyev bu il neçə ölkəyə səfər edib?
- İlham Əliyev onlara “Tərəqqi” medalı verdi - SİYAHI
- İlham Əliyev “Azərsu”ya 3,73 milyon ayırdı
- İlham Əliyev Belarusa gedir