Agent, yoxsa xoşməramlı səfir?


04:59     23 İyun 2015 IMG_8662.JPG

Əvvəlcə kilsdə Suriyalı qaçqınların çadırlarına baş çəkdi. Mesajını verib getdi. Bir az sonra xəstələndi. Öləcəyi xəbərlər yayıldı. Əlacını okeanın o tayında axtarmaq əvəzinə, Türkiyədən kömək istədi. Həkimi yalnız Türkiyə idi?!

Bu barədə telekanallar, qəzetlər, jurnallar qalaq-qalaq yazdı, cızdı. Gündəmi öləcəyi xəbərlər zəbt etdi. Kimi bu gözəlçənin gözəlliyinə, kimi də oynadığı rollara görə üzüldü, pərişan oldu. Bəlkə ağladılar da…

Söhbətin kimdən getdiyini yəqin ki, anladınız. Ancelina Coli!

Çoxunuz 10 ildir ki, BMT-nin xoşməramlı səfiri kimi tanınan Ancelina Colini aktirisalıqla yanaşı, Pakistan, Çad, İraq, Somali kimi ölkələrdə fəlakətlərlə üzləşən insanların dərdinə şərik çıxarkən gördünüz. Hətta buna qibtəylə yanaşaraq “Qərbin humanizmi” adını verdiniz. Bəlkə aranızda deyən oldu ki, “kaş Qarabağ köçkünlərinə də baş çəkəydi” və o zaman özünüzə bu sualı verməyi çox istədim: “bəs niyə?”

Hə, əsas məsələdə budur. Niyə?

Niyələr və səbəblər isə hər şeyi aydınlaşdırır.
Əvvəlcə sizə, Xanım Colinin sonuncu xeyirxah missiyasının baş tutduğu Suriya ilə bağlı bir-iki faktı nəzərinizə çatdırım.

Əsası XX əsrin əvvəllərindən qoyulan dünyanın şəkilləndirmə siyasəti Suriya ilə davam etməkdədir. Baş rolda olanlar göz qarşısındadır. ABŞ və yandaşları…

ABŞ-ın bölgədə apardığı “demokratiya” təmizləmsinin əsas dayağı şübəsiz ki Türkiyədir. Türkiyə “ağıllı şagird”dir, ən əsası sözəbaxandır. Bunu 50-ci illərdən başlayaraq sezmək olar. Lakin, Yaxın Şərqdə - Suriyada olan digər maraqlar “ağıllı şagird”ə də təsirsiz ötüşmür. Bəzən müəlliminin verdiyi yol xəritəsindən kənara çıxır. Rusiya ilə bir sıra görüşlər keçirir. Elə görüşün səhəri Obama Ərdoğanla telefonla danışarkən hədələyici mesajını göndərir. Təbii ki, bunu Obamanın həmin anda “twitter” də yerləşdirdiyi dəyənəkli şəkili açıq aydın sübut edir.





Yaxud da, eks-prezident Abdulla Gül Qırğızıstana səfər edir. Ortaq Türk bayrağı qəbul olunması anında qulağından rahatsızlanaraq səfəri yarımçıq qoyaraq geri qayıtmalı olur. Müalicə olunduğu xəstəxanadan “twitter” səhifəsində ABŞ-a “sadiq şagirdəm” mesaj yollanır. Belə ki, Abdulla Gülün Suriya raportunu incələdiyi vaxtda, yatağı başında Corc Buşun “Decision Points” adlı kitabı şəkilə yansıdığını görürük.

Nəzərə alsaq ki, Buşun kitabının adı türkcəmizdə “Qərar nöqtələri” anlamını verir, o zaman “Türkiyə hökuməti Suriya məsələsində nöqtəni qoymuşdur”- deyə düşünmək olar.





Bu durumlardaTürkiyə mesajlaşan hala gəlir. Ard-arda mesajlar verilir…

Vaxt keçdikcə hadisələr düyümlənir. Türkiyənin Suriya ilə sərhədində yerləşdirilən çadırlardakı qaçqınlara CIA agentlərinin təlim keçdiyi mediyaya sızdırılması ilə düyümün biridə atılır. Bu durumdan rahatsız olan Amerikan hökuməti hər şeyə aydınlıq gətirilməli idi.

Və… Qayıdaq ilk sətirlərə.

“Əvvəlcə Kilisdə Suriyalı qaçqınların çadırlarına baş çəkdi. Mesjını verib …”

Burada dayanaq…

Daha bir mesaj…

Aha, bayaqdan axtardığımız suallara Ancelina Colinin okeanın o tərəfindən gətirdiyi mesaj ilə aydınlıq gətirək. Bu mesaj nə Buşun kitabı ilə, nə də Obamanın dəyənəyi ilə verildi. Bu mesaj Ancelina Colinin qolundakı döymə ilə dünyaya duyruldu.

Mesajı nə idi?

-“XIII, V, MCMXL”

Colinin qolundakı döymədə Rum rəqəmləriylə 13.05.1940 yazılmışdı. İllər öncə bu tarixdə İngiltərə Baş Naziri Vinston Çörçil “Sizə qan, göz yaşı və tərdən başqa heç bir şey vəd etmirəm. Zəfərə gedən yol çox uzundur, fəqət zəfər hər şeyə dəyər” söyləmişdi.





Əslində Colinin gətirdiyi mesaj aydındır. Benjamin Franklinin “Siyasətdə təsadüfən heç nə baş vermir. Əgər nəsə baş verirsə, deməli belə nəzərdə tutulub” dahi cümləsini yada salsaq bu döymənin təsadüf olmadığını görərik.

Birinci Dünya Müharibəsində ingilis donanması Çörçilin sayəsində uğur qazanmışdı. Lakin 1915-ci ildə Çanaqqalada Türk ordusuna yenilməsi onu məyus etdi. Osmanlıdan aldıqları “tokat”la daima kin yığdılar. Bunun nəticəsidir ki, Tehran konfransında Türkiyəni İkinci Dünya müharibəsinə təhrik edən də Çörçil idi.

İllər fərqli olsa da siyasət həmin kin üzərində davam edir. Bu gündə Qərb öz çirkli əməllərini Türkiyə Cümhuriyyətini bataqlığa sürükləməklə məhvə doğru aparır. Ancaq Türkiyəni yox etmək elə də asan iş deyil. Banisi Atatürk tərəfindən qoyulan Cümhuriyyət sağlam təmməllər üzərində qurulmuşdur.

Görünən o ki, ABŞ-ın Yaxın Şərqdə tutulduğu xəstəlik onun ölüm-dirim mübarizəsi dir. Bu mübarizədə Türkiyə ona hava su kimi lazımdır. Bir növ Türkiyə həkim rolunu oynayır.

Məhz Ancelina Colinin Suriyalı qaçqınlarla görüşdən sonra ölümcül xəstəliyə tutulması xəbəri bundan irəli gəlirdi. ABŞ-ın “vitrin gözəli” bu xəstəliyə çarəni öz vətənində deyil, Türkiyəli həkimlərdən istəməsi beyinlərdə sual işarəsi qoyur. Daha doğrusu yeni bir mesaj verir. Deməli, Türkiyənin atacağı hər bir addım ABŞ-ın imicinə xidmət etməlidir. Ancaq Suriyada mövcud rejimin hələ də qalması ABŞ-a xeyir gətirmir. Ölümünü bir az da tezləşdirir.

Hə, bu arada onu deyim ki, 20 iyun – Ümumdünya Qaçqınlar günü ilə əlaqədar Xanım Coli Ərdoğanla birlikdə Türkiyənin Midyat əyalətindəki çadır şəhərciyini ziyarət edir. Ziyarət zamanı nədən danışacaqlarını bilmirəm, ancaq onu deyə bilərəm ki, ABŞ “Vitrin gözəli” ilə Türkiyəyə hansısa mesaj verəcək. Sadəcə diqqətinizi bir nöqtəyə yönəldin. Məsələn, elə Colinin qaçqın uşaqlar üçün gətirdiyi oyuncaqlara...

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 2655