Ağdama dolu düşdü


19:37     24 May 2016 4309-13087014_10204673631038968_1558745041347172363_o.jpeg

Ötən gün Ağdama düşən dolu kənd təsərrüfatı sahələrinə ciddi ziyan vurub.


Femida.az xəbər verir ki, rayon icra hakimiyyətinin nümayəndəsi Bəxşeyiş Əliyev bildirib ki, rayon icra hakimiyyətində yaradılan fövqəladə hallar komissiyası araşdırma aparır.

“Əfətli kəndində araşdırmalarımızı yekunlaşdırmaq üzrəyik. 1700 hektar əkin sahəsinin 800 hektarında dənli bitkilərə, 300 hektardan çox ərazidə bostan bitkilərinə, habelə 20 hektar pambıq sahəsinə, yonca və otlaq sahələrinə ziyan dəyib. Vurulan ziyanın həcmi hesablanacaq”.

Qeyd edək ki, Əfətli kəndinə ötən gecədən elektrik enerjinin verilməsi dayandırılıb. Hazırda müvafiq qurumlar təbii fəlakətin fəsadlarını aradan qaldırır.

Femida.az

Açar sözlər:

Oxunub: 1052