Savçenko azadlıqda - Onu Poroşenko qarşılayacaq


18:26     25 May 2016 savçenko2.jpg

Rusiyada həbsdə olan pilot, baş leytenant, Ali Radanın deputatı, “Ukrayna qəhrəmanı” Nadejda Savçenko bu gün Ukraynada məhkum olunmuş Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) zabitləri Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovla dəyişdirilib.


Femida.az UNN agentliyinə istinadən xəbər verir ki, artıq Nadejda Savçenkonun içində olduğu Ukrayna prezidenti Pyotr Poroşenkonun təyyarəsi Rusiyanın Rostov şəhərindən havaya qalxaraq Kiyevə yola düşüb.

Prezident Pyotr Poroşenkonun isə Kiyev hava limanında N. Savçenkonu qarşılayacağı xəbər verilir.

Açar sözlər:

Oxunub: 1348