Prezidentdən filiz sahələri ilə bağlı - Sərəncam
23:08 25 May 2016
Azərbaycan prezidenti İlham Əliyev Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi sahəsində bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.
Femida.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, İqtisadiyyat Nazirliyinə və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə saziş üzrə podratçı tərəflərə məxsus iştirak paylarının “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən alınması ilə bağlı zəruri tədbirləri görmək və görülən tədbirlərin nəticələri haqqında prezidentə məlumat vermək tapşırılıb.
İqtisadiyyat Nazirliyi isə Maliyyə Nazirliyi, Mərkəzi Bank və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə saziş üzrə podratçı tərəflərə məxsus iştirak paylarının Cəmiyyət tərəfindən alınmasının maliyyələşdirilməsinə dair təkliflərini iki ay müddətində prezidentə təqdim etməlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi alqı-satqı baş tutduqdan sonra sazişə qarşılıqlı razılıq əsasında xitam verilməsi ilə bağlı zəruri tədbirlər görməlidir.
Femida.az
Oxunub: 827
Oxşar xəbərlər
- Prezidentdən yeni təyinatlar – SİYAHI
- Prezidentdən SƏRƏNCAM - Enerji mənbələri barədə
- Prezidentdən xarici kəşfiyyat xidməti ilə bağlı SƏRƏNCAM
- Prezidentdən mühüm tapşırıq - Ehtiyac meyarı qaldırıldı
- Prezidentdən daha bir sərəncam
- Prezidentdən yol tikintisi ilə bağlı - Sərəncam
- Prezidentdən media ilə bağlı xüsusi tapşırıq - Təcili toplantı keçirilir
- Prezidentdən idmanla bağlı qəbul keçirdi
- Prezidentdən daha bir SƏRƏNCAM
- Prezidentdən Mehman Əliyevin həbsinə reaksiya: Azad edilsin