“Bakının işıqları” jurnalı nəşr olunub - RUSİYADA


14:59     31 May 2016 dfgdfg.jpg

Rusiya Federasiyasının Krasnoyarsk şəhərində “Bakının işıqları” ( “Oqni Baku”) jurnalı nəşr olunub.



Femida.az xəbər verir ki, jurnalın nəşrində əsas məqsəd Azərbaycan həqiqətləri, mədəniyyəti, tarixi, Qarabağ münaqişəsi ilə bağlı Rusiya oxucularını məlumatlandırmaqdır. Jurnal uzun illər Krasnoyarsk vilayətində yaşayan, bu il Berezyovka rayonu Deputatlar Məclisinə seçilən Telman Tamoyev tərəfindən təsis olunub və nəşr edilir.

Naşir kimi yazdığı ön sözdə T.Tamoyev qeyd edib ki, jurnalda yazılan məqalələr oxuculara müasir Azərbaycan haqqında daha dolğun məlumat almağa kömək edəcək.

Jurnalın ilk nömrəsinə Krasnoyarsk vilayətinin qubernatoru V.A.Tolokonski də giriş sözü yazıb. Qubernator qeyd edib ki, bu cür mədəni-informativ layihə Rusiya və Azərbaycan xalqlarının dostluq əlaqələrinin möhkəmlənməsinə kömək edəcək. V.A.Tolokonski azərbaycanlıların və Azərbaycan diasporunun regionun bütün sferalarında əhəmiyyətli rol oynadlğını da əlavə edib.

“Bakının işıqları” jurnalının ilk sayında Xocalı faciəsi, Bakıda keçiriləcək Formula-1 yarışları, tarixdə iz qoymuş azərbaycanlı xanımlar, Azərbaycanın turizm potensialı, Rusiya-Azərbaycan münasibətləri və digər mövzulara toxunulub.

Açar sözlər:

Oxunub: 1272