Ruhani İlham Əliyevə məktub göndərib
00:52 01 İyun 2016
İran prezidenti Həsən Ruhani Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.
Femida.az-ın məlumatına görə, H. Ruhaninin məktubunda deyilir:
“Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizi, eləcə də dost və qardaş Azərbaycan Respublikasının dövlətini və xalqını səmimi qəlbdən təbrik edirəm. Əmin olduğumu bildirirəm ki, xalqlarımızın müştərək marağını nəzərə alaraq, İran İslam Respublikası ilə Azərbaycan Respublikası rəsmilərinin birgə artan səyləri nəticəsində ölkələrimiz arasındakı gözəl dostluq münasibətləri bundan sonra da xalqlarımızın qarşılıqlı mənafeyi çərçivəsində ikitərəfli, regional və beynəlxalq səviyyədə daha da genişlənəcək.
Allah-Taaladan sizə möhkəm cansağlığı, Azərbaycan Respublikasının xalqına isə xoş günlər və başucalığı arzulayıram”.
Femida.az
Oxunub: 1393
Oxşar xəbərlər
- Ruhani Bakıya gəlir
- Ruhani İlham Əliyevə təşəkkür edib
- Ruhani Əsədlə telefonda danışıb
- Ruhani Bakıya gələcək
- Ruhani Myanmar cinayətindən danışdı
- Ruhaninin yeni köməkçiləri qadınlar olacaq
- Ruhani Sarkisyanla Qarabağı müzakirə etdi
- Ruhaninin andiçmə mərasimi keçirilib
- Ruhaninin qardaşı azad edildi - Pul girovu müqabilində
- Ruhaninin həbs olunan qardaşı xəstəxanaya düşdü