Məmmədyarov-Nalbandyan görüşü niyə ləğv olundu?


13:28     01 İyun 2016 xin%20nalbadyan2.jpg

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) iyun ayına nəzərdə tutulan Məmmədyarov-Nalbandyan görüşünün ləğv olunması ilə bağlı xəbərə aydınlıq gətirib.


XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Femida.az-a açıqlamasında belə bir görüşün keçirilməsinin təklif olunmadığını və nəticə etibarilə planlaşdırılmadığını vurğulayıb.

Qeyd edək ki, ötən gün Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşün ləğv olunduğunu bildirib. Balayan iyunun 2-də Nalbandyanın Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşməyi planlaşdırdığını qeyd edib. Görüşün niyə ləğv olduğunun səbəbi isə hələlik açıqlamamışdı.

Açar sözlər:

Oxunub: 1223


Oxşar xəbərlər