“Azərbaycana dəstəyimizi davam etdirməyə hazırıq” - ABŞ səfiri


00:53     02 İyun 2016 sekuta7.jpg

“ABŞ Azərbaycandakı Xəzər Neft-qaz sərgisində 20 ildən artıqdır iştirak edir”.


APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

O bildirib ki, ABŞ Azərbaycanda karbohidrogen resurslarının hasilatı və nəqlinə dəstək verir: "Bu il keçirilən sərgidə ABŞ-ı 5 şirkət təmsil edir. Bu şirkətlərdən əlavə bir sıra şirkətlər ənənəvi və bərpa olunan enerji sahəsində, həmçinin enerji effektivliyinin artırılması sahəsində əməkdaşlıq edir və əməkdaşlığa çalışır. Məqsəd həm Azərbaycan, həm Avropa, həm də ümumilikdə geniş regionun enerji təhlükəsizliyini təmin etməkdir”.

Cənub Qaz Dəhlizi layihəsindən danışan səfir onun çox böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. “Layihənin dəyəri 44, milyard dollardır. Biz layihənin həyata keçirilməsində ən yüksək səviyyədə Azərbaycana dəstək göstərmişik və bu dəstəyi davam etdirməyə hazırıq", - deyə o qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1404