FED-in qərarı manata da təsir edəcək


16:21     02 İyun 2016 1420399378_pul-manat-cenubnews.jpg

İyun ayının 14-15-də ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) toplantısı olacaq. Bütün dünya bu tədbiri maraqla gözləyir.

FED-in dolların uçot dərəcəsi ilə bağlı hansı qərarı verəcəyi dünya ölkələri üçün çox əhəmiyyətlidir. FED uçot dərəcəsini artıracaqsa, bu dünyada dollar indeksini yüksəldəcək, dolların digər valyutalara nisbətən bahalaşması baş verəcək.

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu yaxınlarda jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırması Azərbaycanın maliyyə bazarına və manatın məzənnəsinə güclü təsir etməyəcək.

Baş bankirin sözlərinə görə, FED-in qərarı manatın ABŞ dollarına nisbətdə məzənnəsinə təsir edən fundamental faktor deyil.

İqtisadçı deputat Vahid Əhmədov hesab edir ki, manatın məzənnəsinin dəyişməsi neftlə bağlıdır. Millət vəkilinin sözlərinə görə, neftin qiyməti 50 dollardan aşağı düşərsə, bu birbaşa manata təsir edəcək.

“Əgər FED tərəfindən dolların uçot dərəcəsində dəyişiklik olacaqsa, bu neftin qiymətinə də təsir edəcək. Həmçinin artım bütün ölkələrin valyutalarında hiss olunacaq. FED-in qərarının manata tamamilə təsiri olmayacaq demək yalnışdır. Manat faktiki olaraq öz real dəyərini almayıb. Onun hazırki qiyməti bazar dəyərində deyil. Bu baxımdan manat gec-tez öz dəqiq dəyərini almalıdır”.

Femida.az

Açar sözlər:

Oxunub: 1172