İlham Əliyev ukraynalı pilotu mükafatlandırdı (FOTO+VİDEO)


01:41     03 İyun 2016 dostlar.jpg

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə bir qrup şəxsi təltif edib.


Femida.az xəbər verir ki, həmin şəxslər arasında ermənilərin törətdiyi Xocalı qətliamının ilk şahidi, ukraynalı pilot Kravets Leonid Markoviç də var. Prezident Markoviçin xidmətlərini “Tərəqqi” medalı ilə dəyərləndirib.

Xatırladaq ki, Kraveç Leonid Markoviç Xocalı qətliamının ilk şahidi, jurnalistləri bu vəhşiliyin törədildiyi yerə helikopterlə aparan pilotdur. O, Gəncədə hərbi xidmətdə olub, yaşayıb və məhz 24 il əvvəl Xocalıya Gəncədən uçub.



Qeyd edək ki, Leonid Markoviç və xanımı Alla Kravets bu ilin fevralı-Xocalı soyqırımının 24-cü ili münasibətilə Bakıya gəlmiş, şəhidlərin məzarını ziyarət etmişdi.

Markoviç səfəri çərçivəsində “Cəhənnəmi görmüş pilot” sənədli filminin təqdimatında da iştirak edib. Film Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hazırlanıb.

Bundan başqa Kraveç Leonid Markoviç Gəncəyə də səfər etmişdi. O, Nizami Gəncəvi məqbərəsini, Heydər Əliyev adına Mədəniyyət Mərkəzini ziyarət etmiş, daha sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev in qəbulunda olmuşdu.

24 il sonra yenidən Gəncədə olan Leonid Kraveç və həyat yoldaşı yaşadıqları mənzilə gəlmiş, qonşuları ilə görüşmüşdü. Femida.az saytı olaraq səfərdən video reportaj hazırlamışdıq.

Prezident həmçinin, Markoviçin Azərbaycana səfərini təşkil edən, sözügedən filmi lentə alan diaspora rəhbəri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Cavadov Hikmət Əlövsət oğlunu da təltif edərək “Tərəqqi” medalı verib.









Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 3787