Papanın saytını dağıtdılar
20:59 15 Aprel 2015
Türk haker: "Papa üzr istəyənə kimi Vatikanın rəsmi saytına hücumlar olacaq"
Papa Fransiskin qondarma erməni soyqırımı haqqında dediklərindən sonra Vatikanın rəsmi internet səhifəsinə haker hücumu olub.
"Hüriyyət" in verdiyi məlumata görə, səhifəni türk hakerlər dağıdıblar.
İtalyan mətbuatında yer alan məlumata görə, “Turk Hack Team” üzvü bir qrup haker rəsmi sayt olan "vatican.va"nı hədəfə alıb.
Sayta hücumlar bazar ertəsindən başlayıb. Sayt gecə ərzində bağlı qalıb, ötən gün səhər saatlarından isə yenidən fəaliyyətə başalayıb.
"Twitter"də "@THTHerakles" adından istifadə edən haker Papa üzr istəyənə qədər Vatikanın saytını hədəf almağa davam edəcəyini açıqlayıb. O, bu hücumların Vatikan əhalisi ilə bağlı olmadığını və buna görə vətəndaşlardan üzr istədiyini deyib.
Femida.az
Oxunub: 674
Oxşar xəbərlər
- "Bakmil"ə gedənlərin nəzərinə
- Daha bir avtobus qəzası - Piyada öldü
- 14 yaşlı qız itkin düşüb - FOTO
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- Ərəblərin Qəbələ sevgisi - BƏƏ-dən birbaşa reys açıldı
- Özünü qatarın altına atıb öldürən gəncin FOTOLARI + VİDEO
- İşsizlərə ŞAD XƏBƏR!
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Sarkisyan xəstəxanaya yerləşdirildi
- Salatın Əsgərovanı qətlə yetirən ermənilər kimlərdir? -ADLAR