Argentina prezidenti xəstəxanaya yerləşdirilib


13:18     04 İyun 2016 ar.jpg

Argentina prezidenti Maurisio Makri ürək aritmiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.


Femida.az x`b`r verir ki, hazırda M.Makri paytaxt Buenos-Ayresin “Clinica de Olivos” xəstəxanasındadır.

Onun həyatına təhlükə olmadığı bildirilir.

Qeyd edək ki, ötən gün rəsmi mənbələr prezidentin səhhətində problem yaranması barədə yayılan məlumatları təkzib etmişdilər.

Açar sözlər:

Oxunub: 754