Gəmi 350 miqrantla birgə batdı


02:42     05 İyun 2016 a0f8c8503fece4d6fe386addfb0cc917.jpg

Ötən gün Krit adası yaxınlığında batan gəminin göyərtəsində 350-dək miqrant olub.


Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, 25 metr uzunluğu olan gəmi Krit adasından 75 mil cənubda batıb.

Yunanıstanın sahil mühafizə xidməti miqrantların çoxunu xilas edə bilib. Məlumata görə, xilas olunanlardan 221 nəfəri Norveç bayrağı altında üzən tankerlə İtaliyanın Auqusta limanına aparılıb.

Bir müddət sonra xilas olunanlardan daha 97 nəfəri və ölənlərdən 10 nəfərin meyiti Auqusta limanına göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1751