Hollandiyadan “erməni soyqırımı” ilə bağlı - AÇIQLAMA


21:07     05 İyun 2016 ludovik%20asher.jpg

Hollandiya Baş nazirinin müavini Lüdoviq Aşer “Sabaha baxış” adlı radio verilişində bildirib ki, hökumət 1915-ci il hadisələri ilə bağlı “soyqırım” ifadəsi işlətməyəcək.


Femida.az-ın Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, o deyib ki, 2004-cü ildə yerli məclisdə həmin hadisələrlə bağlı qəbul edilən “problem” ifadəsini işlətməyə davam edəcəklər.

Keçmişdə xoşagəlməz hadisələrin yaşandığını, minlərlə insanın öldüyünü və bunun ağrısının hələ də hiss edildiyini qeyd edən L. Aşer əlavə edib ki, hadisələrə ad qoymaq problemə töhfə verməyəcək.

Beynəlxalq məhkəmələrin hadisəyə baxmalı olduğunu diqqətə çatdıran L. Aşer bu mövzuda məhkəməyə müraciət etmənin öz işləri olmadığını vurğulayıb.

O, Hollandiyanın hüquqi mübahisələr yerinə Türkiyə və Ermənistan arasında dialoq üçün səy göstərəcəyini deyib.

Xatırladaq ki, ötən il Hollandiyada müxalifət partiyalarının 1915-ci il hadisələri ilə əlaqədar parlamentin aşağı palatasını təşkil edən Nümayəndələr Məclisinə təqdim etdikləri təklif rədd edilmişdi.

Açar sözlər:

Oxunub: 1460