ABŞ-ın kəşfiyyat təyyarəsi Rusiya sərhəddində


00:29     06 İyun 2016 1465138694.jpg

ABŞ-ın strateji kəşfiyyat təyyarəsi Rusiyanın Kalininqrad vilayətinin yaxınlığından uçub.



Femida.az "İnterfaks"a istinadən xəbər verir ki, Britaniyadakı "Mildenhol" aviabazasından havalanan təyyarə Baltik dənizində tapşırıq yerinə yetirib.

Qeyd edək ki, son vaxtlar ABŞ-a məxsus təyyarələr Baltik, Şimal dənizlərində, o cümlədən Sakit okeanda Rusiya sərhədlərində uçuşların sayını artırıb.

Sonuncu dəfə oxşar hadisə də mayın 23-də Kalininqrad vilayəti istiqamətində baş verib.

Açar sözlər:

Oxunub: 2155