Malayziya Hava Yollarında növbəti qəza


04:38     06 İyun 2016 1465153066.jpg

London-Kuala-Lumpur reysi üzrə uçan və göyərtəsində 378 sərnişin olan Malayziya Hava Yollarına məxsus təyyarə güclü hava boşluğuna düşüb.

Femida.az xəbər verir ki, hadisə təyyarə Benqal körfəzində uçan zaman baş verib.

Hadisə zamanı təyyarənin bir neçə sərnişini yaralanıb. Sosial şəbəkələrdə təyyarənin göyərtəsindən fotolar paylaşılıb.

Qeyd edək ki, 2014-cü ilin martında Malayziya Hava Yollarına məxsus təyyarə Kuala-Lumpur-Pekin reysi zamanı itib. 2014-cü ilin iyulunda isə Malayziya Hava Yollarına məxsus başqa bir təyyarə Donbas üzərində vurulub.

Açar sözlər:

Oxunub: 1035