Qaxa sel gəldi


02:17     07 İyun 2016 11eb267cfceafa1683714b25f3123660%20(1).jpg

Qaxda küləklə müşahidə olunan yağış sonradan selə çevrilib.

Femida.az Kanal S-ə istinadən xəbər verir ki, güclü külək nəticəsində rayonun Qaradolaq və Üzümlü kəndlərində 15-ə yaxın işıq dirəyi aşıb, əhaliyə elektrik enerjisinin verilişində problemlər yaranıb.

Qax elektrik şəbəkəsinin əməkdaşları həmin əraziyə cəlb olunub, qırılan işıq dirəkləri və hava xətləri bərpa olunaraq əraziyə elektrik enerjisinin verilişi bərpa olunub.

Güclü külək kənddəki bəzi tikililərə, eləcə də taxılçılıqla məşğul olan fermerlərin sahələrinə ciddi ziyan vurub.

Qeyd edək ki, güclü külək və yağışın yağması nəticəsində hər iki kənddə ümumilikdə 1450 hektar taxıl sahəsinə ciddi ziyan dəyib.

Açar sözlər:

Oxunub: 991


Oxşar xəbərlər