Dolu, leysan... - Sabahın havası


17:10     07 İyun 2016 1447670843_yagis1.jpg

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin arabir yağış yağacağı, şimşək çaxacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək arabir güclənəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 16-21, gündüz 22-26, Bakıda gecə 18-20, gündüz 23-25 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

İyunun 08-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 13-17 dərəcə isti olacaq.

Xəbərdarlıq

İyunun 07-si axşamdan 10-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit olacağı, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək.

Açar sözlər:

Oxunub: 2671