Prospektdə qəza - Ölənlər var (FOTOLAR)


19:30     23 İyun 2015 40295.jpg

Bakıda avtomobil qəzası böyük tıxaca səbəb olub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Femida.az-a verilən məlumata görə, Heydər Əliyev prospekti – əsas yolda Bağırov körpüsünün yaxınlığında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində yolda nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.

Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti köməkçi yoldan, Babək və Ziya Bünyadov prospektlərindən istifadə etmələri tövsiyə olunur.

***
“Ford Tranzit” markalı avtomobil “Mercedes” markalı maşınla toqquşub. Nəticədə 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Hazırda ölən və yaralananların adları dəqiqləşdirilir.

***

Femida.az-a daxil olan məlumata görə, qəza nəticəsində ölənlərin sayı 3 deyil, 2 nəfərdir. Xarici vətəndaş olan həmin şəxslər xidməti avtobusda deyil, şəxsi taksi ilə hərəkət edirmişlər.








Açar sözlər:

Oxunub: 1014