İlham Əliyev Rusiyanın ədliyyə nazirini qəbul edib


21:23     09 İyun 2016 ilham%20eliyev%20rusiya.jpg

Azərbaycan prezidenti İlham Əliyev Rusiya ədliyyə naziri Aleksandr Konovalovu qəbul edib.


Femida.az-ın məlumatına görə, görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, ölkələrimizin müxtəlif strukturları, o cümlədən hüquq mühafizə və ədliyyə orqanları arasında əməkdaşlığın bu münasibətlərin möhkəmləndirilməsi işinə öz töhfəsini verdiyi qeyd olunub.

Söhbət zamanı ölkələrimizin ədliyyə orqanları arasında qarşılıqlı fəaliyyətin, o cümlədən insanlara hüquqi yardımın göstərilməsi sahəsində sıx əməkdaşlığın həyata keçirilməsinin əhəmiyyətindən danışılıb, A. Konovalovun Azərbaycana səfərinin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd olunub.

Görüşdə əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Açar sözlər:

Oxunub: 794