“Əl-Qaidə” lideri Talibana sadiqlik andı içdi


21:23     11 İyun 2016 zevahiri.jpg

“Əl-Qaidə” terror təşkilatının lideri Ayman əz-Zəvahri “Taliban” hərəkatının yeni lideri Mulavi Haybatulla Axunzadaya sadiqlik andı içib.


Femida.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, A. əz-Zəvahri Usamə bin Ladenin İslam əmirliyinə dəstəkdə müsəlmanların birləşməsi işinə sadiq qaldığını qeyd edib.

“Əl-Qaidə” liderinin bəyanatı audio formatda yayılıb, onun həqiqi olub-olmaması hələ təsdiq edilməyib.

Mayın 21-də ABŞ-ın Pakistan ərazisində pilotsuz uçuş aparatı vasitəsilə “Taliba”nın əvvəlki lideri Axtar Mansur məhv edildikdən sorna onun yerini M. H. Axunzada tutub.

Açar sözlər:

Oxunub: 980