Marseldə yaralananların sayı 35-ə çatdı


18:12     12 İyun 2016 marsel%20yarli.jpg

Fransanın Marsel şəhərində futbol azarkeşləri arasında kütləvi davalar zamanı xəsarət alanların sayı 35-ə çatıb. Onlardan 4-nün vəziyyəti ağırdır.


Toqquşmalara futbol üzrə İngiltərə və Rusiya yığmaları arasında heç-heçə başa çatan matç səbəb olub.

Ümumrusiya Azarkeşlər Birliyinin prezidenti Aleksandr Şprıqinin sözlərinə görə, Fransa rəhbərliyi artıq bir rusiyalı azarkeşə qarşı istintaq işi açıb və "onu bir ingiltərəli azarkeşin ağır yaralanması ilə əlaqələndirməyə çalışır".

Bu, Fransada Avro-2016 başlayandan bəri azarkeşlər arasında ilk kütləvi dava deyil. Futbol həvəskarları artıq bir neçə gündür ki, Marsel şəhərində iğtişaşlar yaradırlar.

Açar sözlər:

Oxunub: 1033


Oxşar xəbərlər