“Qazprom”un vəzifəli şəxsinin oğlu intihar edib


01:59     24 İyun 2015 qaz2.jpg

Moskvada “Qazprom” şirkətin idarə heyətinin üzvünün 20 yaşlı oğlu Nikolay Dübik paytaxtın qərbində ölü vəziyyətdə tapılıb.


Femida.az xəbər verir ki, o, intihar etməzdən bir neçə saat əvvəl öz psixoloquna ciddi psixoloji problemləri və ailə çətinlikləri olduğunu deyib.

Onun anası Yelena Dubikin sözlərinə görə, oğlu öz otağına səhər saat 5-ə yaxın gedib və qapını bağlayıb. Bundan sonra onu sağ görən olmayıb. Bundan əvvəl isə gənc oğlan öz psixoloqunun yanına gedərək şəxsi problemlərindən, eləcə də ixtisas seçimi ilə bağlı çətinliyindən şikayət edib.

Digər məlumata görə, iki ilə yaxındır Nikolayda əsəb pozuntusu müşahidə edilib və buna görə davamlı olaraq Moskvanın şimal-qərbindəki psixoloji mərkəzə gedib.

İntihar edən gəncin atası Nikolay Nikolayeviç Dubik “Qazprom”a daxil olan bir neçə şirkətin, o cümlədən “Qazpom Neft” Açıq Səhmdar Cəmiyyətinin direktorlar şurasının üzvüdür. O həm də “Qazprom” Açıq Səhmdar Cəmiyyətinin hüquq departamentinin rəisi, bu şirkətin nəzdindəki RosUkrEnerqo-nun icraçı direktoru, “Qazprom”un idarə heyətinin üzvüdür.

Açar sözlər:

Oxunub: 857