Başına avtomobil düşən usta öldü


22:28     12 İyun 2016 xestexana00.jpg

2 gün əvvəl Bakının Suraxanı rayonu, “Günəşli” qəsəbəsində bədbəxt hadisə zamanı ağır xəsarət alan şəxs ölüb.


Lent.az-ın məlumatına görə, qəsəbədəki avtotəmir sexində texniki nasazlıq səbəbindən kranla qaldırılmış avtomobil 32 yaşlı maşın ustası Seymur Qurbanovun başına düşmüşdü. Xəstəxanaya yerləşdirilən usta həkimlərin səyinə baxmayaraq, vəfat edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1012