Müəllimini niyə öldürdü? - Etiraf


19:43     13 İyun 2016 0506201609210014864402.jpg

Silsilə qətllər törətməkdə şübhəli bilinən və dünən hüquq-mühafizə orqanaları tərəfindən İzmirdə parkların birində yaxalanan Atalay Filiz müəllimini öldürmə səbəbini etiraf etdi.


Atalay Filizin sözlərinə görə, müəllimi Fatma Kayıkçı onun əsl kimliyini öyrəndiyi üçün öldürülüb:

“Ankarada törətdiyim cinayətlərdən sonra özümü Furkan Altın kimi tanıdırdım. Bir gün Tarix müəllimim Fatma Kayıkçı mənə “Atalay” deyə müraciət etdi. Çox qorxdum. Düşündüm ki, bütün cinayətlərimdən xəbərdardır. Özümü siğortalamaq üçün onu öldürmək qərarına gəldim”.

Qeyd edək ki, Atalay Filiz 3 nəfərin qətlə yetirilməsində təqsirləndirilir.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1647


Oxşar xəbərlər