Narkomanlıqla mübarizə sahəsində yeni aksiya


16:09     15 İyun 2016 304e133970dde5bbf68eacba62d6beab.jpg

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu yeni aksiya həyata keçirir.


Femida.az-ın məlumatına görə, Dövlət Komissiyasının sədri Əli Həsənovun tapşırığı ilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanan yeni sosial rolik iyunun 13-dən etibarən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 450 dayanacağında yerləşən avtobus informasiya terminal monitorlarında işıqlandırılır.

Məqsəd ictimai maarifləndirmə tədbirlərinin əhatəsini genişləndirmək, narkomanlıqla mübarizə sahəsində profilaktik fəaliyyətin təsirini artırmaq və sağlam həyat tərzini təbliğ etməkdir.

Açar sözlər:

Oxunub: 956


Oxşar xəbərlər