Bağdadi sağdır - Pentaqon təkzib etdi


03:47     16 İyun 2016 Bagdadi_AP.jpg

İŞİD lideri Əbu Бəkr əl-Bağdadinin bir neçə gün öncə ölüm xəbəri yayılsa da, Pentaqon bu barədə KİV-də yayılan məlumatları təkzib edib.


Femida.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ABŞ qoşunlarının İraqda və Suriyada iştirak edən antiterror əməliyyatları qrupunun rəsmisi, polkovnik Kristofer Harver jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ İŞİD liderinin ölməsi haqda informasiyaları təsdiq etmir.

"Biz məlumatı təsdiqləyə bilmərik. Mətbuat qeyri-dəqiq məlumatlar yayır." – deyə polkovnik vurğulayıb.

Qeyd edək ki, İŞİD yaraqlıları Əbu Бəkr əl-Bağdadinin ölməsi haqda yayılan xəbərləri təsdiq etmişdilər. Məlumatda qeyd olunurdu ki, İŞİD lideri koalisiya qüvvələrinin Rəqqa şəhərinə endirdiyi aviazərbələr zamanı ölüb.

Xatırladaq ki, bundan öncə də KİV-də İŞİD lideri Bağdadinin öldürülməsi barədə müxtəlif məlumatlar yer alıb.

Açar sözlər:

Oxunub: 920