Kəlbəcər girovlarının azad edilməsi üçün iş gedir


17:17     16 İyun 2016 dilqem%20ve%20sa.jpg

“Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi istiqamətində aidiyyatı beynəlxalq təşkilatlarla iş davam etdirilir”.


Femida.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov bu gün Milli Məclisdə keçirilən dinləmələrdə çıxışı zamanı deyib.

İ.Axundov bildirib ki, hazırda Komissiya tərəflərin əlində saxlanılan şəxslərin dərhal azad edilməsi və gələcəkdə əsir və girov götürülən şəxslərin qısa müddət ərzində geri qaytarılması ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən saziş layihəsinin hazırlanaraq hər iki tərəfin müzakirəsinə təqdim edilməsini təklif edib.

“Hazırda bununla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən məsləhətləşmələr aparılır”.

Açar sözlər:

Oxunub: 794