Ruslardan Kadırov körpüsünə etiraz


20:33     19 İyun 2016 kadirov%20femida.jpg

Peterburqda Çeçenistanın keçmiş prezidenti Əhməd Kadırovun adı verilən körpüdə onun "Nə qədər bacarırsız, o qədər rus öldürün" sözləri yazılmış banner asılıb.


Femida.az xəbər verir ki, Peterburq prokurorluğu bannerlə bağlı araşdırmaya başlayıb. Prokurorluq hesab edir ki, bu aksiya milli münasibətləri qızışdırmağa xidmət edir.

Şəhər sakinləri isə bu sərəncamla razı deyillər. Sərəncamın əleyhinə olan petisiyanı 90 mindən çox adam imzalayıb.

İyunun 18-də şəhər administrasiyasının qarşısında buna etiraz aksiyası da keçirilib.

Xatırladaq ki, bir neçə gün əvvəl Sankt-Peterburq qubernatoru Georgi Poltavcenko körpüyə Kadırovun adının verilməsi ilə bağlı sərəncam imzalamışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 1356


Oxşar xəbərlər