Talibanın daha bir lideri öldürüldü


02:56     20 İyun 2016 1466358149.jpg

Əfqanıstan Hərbi-Hava Qüvvələrinin endirdiyi hava zərbəsi nəticəsində Gündüz əyalətində Taliban hərəkatının liderlərindən biri məhv edilib.



APA-nın verdiyi xəbərə görə, bu barədə Əfqanıstan Daxili işlər nazirliyi məlumat verib.

“Hava zərbəsi nəticəsində Talibanın 8 silahlısı, o cümlədən hərəkatın liderlərindən biri Kari Əli məhv edilib”, məlumatda deyilir.

Bildirilir ki, məhv edilənlər Gündüz əyalətində bir çox terror aktlarının təşkilində və həyata keçirilməsində iştirak ediblər.

Açar sözlər:

Oxunub: 906


Oxşar xəbərlər