Əfqanıstanda dəhşət - Vəzifəli şəxslər öldürüldü


15:11     20 İyun 2016 efqanistan4.JPG

Əfqanıstanda terror aktı törədilib. Partlayış Pakistanla sərhəddə yerləşən Nəngəhar vilayətinin mərkəzi olan Cəlilabad şəhərini Kabillə birləşdirən yolda baş verib. Nəticədə Nepallı mühafizə şirkətinin 14 əməkdaşı ölüb.


Femida.az Anadolu agentliyinə istinadən xəbər verir ki, içərisində məmurların olduğu mikroavtobus partladılıb. Bir qisim KİV-lər isə maşında təhlükəsizlik əməkdaşlarının olduğunu iddia edirlər.

İlkin məlumata əsasən, ən azı 14 nəfər ölüb. Partlayış baş verən əraziyə çox sayda polis və təcili tibbi yardım maşınları cəlb edilib.

Hadisə barədə təfərrüatlar hələki məlum deyil.

Açar sözlər:

Oxunub: 2140