Zərrabın növbəti məhkəməsi sentyabrda olacaq


00:11     21 İyun 2016 reza-zarrab.jpg


ABŞ-ın İrana qarşı sanksiyalarını nəzərə almayaraq ticarət etmək, dövləti aldatmaq, bank hesabları ilə oynamaq, “çirkli pullar”ın yuyulması və digər maddələrlə ittiham olunan İran əsilli azərbaycanlı iş adamı Rza Zərrabın növbəti məhkəmə prosesinin tarixi müəyyənləşib.

Femida.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Zərrab sentyabrın 6-da məhkəmə qarşısına çıxarılacaq.

Xatırladaq ki, cənubi azərbaycanlı iş adamı R.Zərrab həyat yoldaşı, müğənni Ebru Gündeş vı qızı ilə Mayamidə istirahətdə olarkən həbs olunub.

Açar sözlər:

Oxunub: 1405


Oxşar xəbərlər