Rusiyanı silkələyən 15 milyonluq qətlin izləri


00:34     21 İyun 2016 1425278409_publika.az1425116171bu-texribatdii.jpg

Rusiya İstintaq Komitəsi müxalifətçi Boris Nemtsovun qətli ilə bağlı işi yekunlaşdırıb.



Femida.azxəbər verir ki, istintaqın versiyasına görə, Ruslan Muxudinov Beslan Şavanova, Zaur Dadayevə, Şədid və Anzor Qubaşevlərə, Temirlan Əsgərxanova və Həmzət Baxayevə Nemtsovu öldürməyi təklif edib. Bunun müqabilində o, icraçılara ən azı 15 milyon rubl verəcəyini bildirib.

Nəticədə fevralin 27-də axşam saatlarında Dadayev Nemtsovu və onun rəfiqəsi Anna Duritskini izləyərək Böyük Moskvoretsk körpüsünün piyada keçidində siyasətçiyə azı 6 dəfə atəş açıb. Nemtsov aldığı güllə yarasından hadisə yerində keçinib. Sifariş icra olunduqdan sonra qatil hadisə yerindən uzaqlaşıb.

Qeyd edək ki, Nemtsov 2015-ci il fevralın 17-də öldürülüb. İndiyə qədər onun ölümündə təqsirləndirilərək Zaur Dadayev, Anzor Qubaşev, Şadid Qubaşev, Həmzət Baxayev, Tamerlan Əsgərxanov həbs edilib.

Açar sözlər:

Oxunub: 3169